Adriana ilə Metinin ayrıldığı təsdiqləndi
10 Yanvar 2019 14:32 DünyaDünyaca məşhur model Adriana Lima və türkiyəli yazar Metin Haranın ayrıldığı təsdiqlənib. Bir müddət əvvəl cütlük arasında soyuqluğun yaranması barədə dedi-qodular yayılsa da, Adrianın sosial şəbəkədə atdığı addımlar məlumatın doğru olduğunu ortaya çıxarıb.
Belə ki, Adriana qısa müddətdə Metini instaqramda izləmə siyahısında çıxarıb. Lima daha sonra Hara ilə birgə lentə alınan şəkilləri rəsmi səhifəsindən silib. Geriyə qalan son fotonu isə ötən gün ləğv olunub.
Qeyd edək ki, hər iki tanınmış sima 2017-ci ilin iyulundan etibarən sevgili olublar.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31