Roqozin NASA rəhbərini Rusiyaya çağırdı: Görüşə hazıram
10 Yanvar 2019 14:08 DünyaNASA direktoru Cim Braydenştayn və amerikalı kommersiya sifarişçilərini Rusiyada qəbul etməyə hazıram.
Bu sözləri "Rosmosmos"un rəhbəri Dmitri Roqozin deyib.
"Biz bundan sonra necə yaşayacağımızı müzakirə etməliyik. Həmçinin kommersiya müştərilərini də dəvət edirik, çünki onlarla Vaşinqtonda görüş olmayacaq. Onlara planlarımız barədə ətraflı təqdimat hazırlayıb, birgə fəaliyyət üçün maraqlı təkliflər edəcəyik", - Roqozin bildirib.
Xatırladaq ki, Dmitri Roqozinin NASA rəhbərliyi ilə görüşü amerikalı senatorların narazılığına görə təxirə salınmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31