MAR-da Rusiya hərbi bazası yaradıla bilər

Mərkəzi Afrika Respublikasında (MAR) Rusiyanın hərbi bazası yaradıla bilər.

Bu barədə RİA "Novosti"yə müsahibəsində MAR-in müdafiə naziri Mari Noel Koyara bildirib.

Onun sözlərinə görə, ölkələr arasında artıq bağlanmış çərçivə sazişi belə bazanın yaradılmasını istisna etmir.

Nazir qeyd edib ki, Berenqoda yerləşən Rusiya hərbi təhsil mərkəzini hərbi baza hesab etmək düzgün deyil.

Ötən il MAR-da rusiyalı jurnalistlər, o cümlədən Orxan Camal qətlə yetirilib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31