KİV: “Rusiya Ermənistana kölgə təzyiqi kimi Robert Koçaryandan istifadə edir”
10 Yanvar 2019 13:37 Dünya"Ermənistanın indiki hakimiyyətinin tərəfdarlarla əməkdaşlıq etmək üçün rasional proqramı olmadığından cinayətkar-oliqarx sistemə nüfuzu ilə təsir edir".
Bu barədə Ermənistan KİV-i yazıb.
Bildirilib ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol PaşinyanRusiya Prezidenti Vladimir Putinlə görüşdə keçmiş prezident Robert Koçaryanməsələsini gündəlikdən çıxara bilməyib.
Yazıya əsasən, Paşinyan Rusiya-Ermənistan məsələsini Koçaryanın kölgəsindən çıxara bilməyib.
"Rəsmi Moskva Yerevana kölgə təzyiqi kimi Robert Koçaryandan istifadə edir. Robert Koçaryan erməni cinayətkar oliqarxiyasının qurucusu, hətta onun rəmzidir. Onun həbsi isə köhnə sistemin məhvi deməkdir", - müəllif vurğulayıb.
Qeyd edək ki, Robert Koçaryan hazırda həbsdədir.
report