Suriya Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Ər-Riyada səfər edib
10 Yanvar 2019 13:35 DünyaSuriya Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Əli Mamluk bugünlərdə Səudiyyə Ərəbistanına səfər edib.
Bu barədə Livanın "Respublika" qəzeti yazıb.
Nəşrin yazdığına görə, Mamlukun səudiyyəli rəsmilər ilə danışıqlarının məqsədi Dəməşq ilə Ər-Riyad arasında yeni əlaqələr üçün bazanın yaradılması olub.
"Ər-Riyad ilə Bəşşar Əsəd rejiminin diplomatik əlaqələri bərpa etməsi yaxın gələcəyin məsələsidir. Səudiyyə Ərəbistanı son illərdəki Suriya siyasətini yenidən nəzərdən keçirməyə hazırlaşır", - qəzet yazıb.
Eyni zamanda bir sıra ərəb nəşrləri Ər-Riyada səfəri zamanı Mamlukun vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşə biləcəyi ehtimalını da istisna etməyib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31