Netanyahu: "Elə bir ölkə yoxdur ki, İsrail kimi..."

İsrail seçkilərə istənilən müdaxiləni zərərsizləşdirməyə hazırdır.

Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.

"İsrail istənilən kibertəhlükəni dəf etməyə hazırdır. Proseslərin gedişatı ilə bağlı hazırlıqlar görmüşük. Dünyanın elə bir ölkəsi yoxdur ki, İsrail kimi təhlükənin qarşısının alımasında yüksək hazırlığa sahib olsun", - deyə baş nazir bildirib.

Qeyd edək ki, Ümumi Təhlükəsizlik Xidmətinin rəhbəri (ŞABAK) Nadav Arqaman ölkədə baş tutacaq növbədənkənar 9 aprel seçkiləri ilə bağlı kampaniyaya xarici kibermüdaxilənin ola biləcəyini bildirmişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31