Abenin Rusiya səfəri təxirə salına bilər – Gərginlik
10 Yanvar 2019 12:02 DünyaYaponiyanın Baş naziri Şinzo Abenin Rusiyaya 21 yanvarda nəzərdə tutulan səfəri ləğv edilə ya da təxirə salına bilər.
Bu barədə Rusiya üzrə aparıcı yapon eksperti, Tsukuba Universitetinin professor İtsuro Nakamura danışıb.
"Hadisələrin ən pis inkişaf senarisində Şinzo Abenin yanvarın 21-də Rusiyaya nəzərdə tutulan görüşü ləğv edilə bilər. Görüşün ən azından may ayında Sankt-Peterburqda keçiriləcək iqtisadi foruma qədər təxirə salınması da istisna deyil. Onun "Asaxi" telekanalındakı çıxışı, həmçinin "İomiuri" qəzetindəki məqaləsi Rusiya tərəfindən təhqir kimi qəbul edilə bilərdi", - ekspert bildirib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31