Pentaqondan şok etiraf: F-35 proqramı uğursuz oldu
10 Yanvar 2019 11:51 DünyaABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanaxan F-35 təyyarəsini sərt tənqid edib.
Bu məlumatı "Politiko" qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.
Məlumata görə, Pentaqonun yüksək vəzifəli rəsmiləri ilə görüşdə Şanaxan F-35 layihəsinin uğursuzluğa düçar olduğunu və "Lokhid Martin" şirkətinin bu proqramı artıq necə reallaşdıracağını bilmədiyini deyib. Şanaxan həmçinin proqramın gerçəkləşdirilməsi üçün nəzərdə tutulan maliyyənin ABŞ-ın təmin edə bilməyəcəyi səviyyədə olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31