3 yaşlı xəstə uşaq öldü: Putindən yardım istəmişdilər
10 Yanvar 2019 12:06 DünyaRusiya Prezidenti Vladimir Putinin dekabr ayında keçirilən böyük mətbuat konfransında yardım göstərməsi üçün barəsində müraciət edilən 3 yaşlı onkoloji xəstə Vladislav Şestakov dünyasını dəyişib.
Bu barədə İrkutsk vilayətinin səhiyyə orqanı informasiya yayıb.
"Uşağın vəziyyəti gecə saatlarında qəfildən pisləşib və dünyasını dəyişib", - qurumdan bildirilib.
Xatırladaq ki, İrkutsk vilayətinin uşaq hüquqları komissarı Svetlana Semenova azyaşlı və ailəsi üçün xəstəxanada lazımı şəraitin yaradıldığını açıqlamışdı. Bundan sonra uşağın müalicəsi üçün bir çox həkimin məsləhətinə müraciət edilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31