Dağıstanda 60-dan çox insan zəhərlənib

Dağıstanda 60-dan çox insan zəhərlənib.

Hadisə Kazbekovskrayonunun Leninaul kəndində baş verib.

Dağıstanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsiZalina Murtuzaliyeva bildirib ki, yanvarın 2-dən 8-ə qədər onlarla insan zəhərlənmə əlamətləri ilə həkimlərə müraciət edib.

O, bildirib ki, həmin günlərdə zəhərlənmə əlaməti olanlardan 15-ixəstəxanaya yerləşdirilib. Zərərçəkənlər arasında 11 uşaq da olub. Hazırda 10 zərərçəkənin müalicəsi davam etdirilir. Onlardan 7-i uşaqlardır. Digər şəxslər xəstəxanadan evə buraxılıb.

Hazırda kütləvi zəhərlənmənin səbəbi müəyyənləşdirilir. Murtuzaliyevanın sözlərinə görə, virus su vasitəsilə yayıla bilər.

Qeyd edək ki, daha əvvəl də Rusiyanın Buryatiya Respublikasında, paytaxt Ulan-Ude şəhərindəki kafedə133 nəfər qidadan zəhərlənib. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31