"Google" axtarış sistemində nasazlıq yaranıb
10 Yanvar 2019 11:36 DünyaDünyanın bir neçə ölkəsində"Google" axtarış sisteminin işində nasazlıq müşahidə edilib.
Bu barədə məşhur internet resursların işini izləyən "Downdetector" xidməti bildirib.
"Google"nin fəaliyyətində problemlər ABŞ-ın şərq sahilində, yerli vaxtla saat 18:37-dən müşahidə olunub", - deyə xəbərdə bildirilir.
Nasazlıqlardan ən çox ABŞ istifadəçiləri şikayət ediblər. Problemlərlə həmçinin Braziliya, Peru, Böyük Britaniya, İspaniya, Rusiya, Türkiyə, Hindistan, Yaponiya və Avstraliyanın internet istifadəçiləriqarşılaşıblar.
Daha əvvəl "Google" şirkəti proqramın işində yaranmış problem nəticəsində "Google+" sosial şəbəkəsinin təqribən 500 min istifadəçisinin şəxsi məlumatının aşkara çıxdığını təsdiq edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31