ABŞ Rusiya hərbi peykinin məhv olduğunu bildirib

Rusiyanın 2007-ci ildə buraxılmış"Kosmos-2430" kosmik aparatı orbitdən çıxıb və atmosferdə yanıb.

Bu barədə Şimali Amerikanın Kosmik Hava Müdafiəsi Birləşmiş Komandanlığı(NORAD) bildirib.

Onun məlumatına görə, peyk yanvarın 5-də öz orbital mövcudluğunu başa vurub.

Qeyd edilir ki, "Kosmos-2430" sistemləri 2007-ci ilin oktyabrında kosmik orbitə çıxarılıb. Onun işə salması Plesetsk kosmodromdan "Molniya-M" raket daşıyıcısı tərəfindən həyata keçirilib.

Daha əvvəl ABŞ-ın Florida ştatında "Falcon 9" raket daşıyıcısı Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri üçün ən yeni GPS geolokasiya peyki ilə fəzaya buraxılıb.

 "Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31