ABŞ Somaliyə hava zərbələrini artırıb
ABŞ Somalidə fəaliyyət göstərən "Aş-Şabab" terror təşkilatının obyektlərinə hava zərbələrini artırıb. Bu barədə ABŞ-ın Afrika Qüvvələri Komandanlığı (AFRICOM) məlumat yayıb.
10 Yanvar 2019 12:26 DünyaABŞ Somalidə fəaliyyət göstərən "Aş-Şabab" terror təşkilatının obyektlərinə hava zərbələrini artırıb.
Bu barədə ABŞ-ın Afrika Qüvvələri Komandanlığı (AFRICOM) məlumat yayıb.
Məlumata görə, ötən gün Bay rayonu ərazisinə endirilmiş hava zərbəsi nəticəsində qruplaşmanın 6 döyüşçüsü, iki gün əvvəl Bağdaad bölgəsində keçirilmiş əməliyyat zamanı isə 4 silahlısı zərərsizləşdirilib.
ABŞ hərbçiləri son həftə ərzində Somaliyə 5 hava zərbəsi endirib. Nəticədə "Aş-Şabab" qruplaşmasının 26 silahlısı zərərsizləşdirilib.
Yanvarın 7-də ABŞ-ın Somaliyə endirdiyi hava zərbəsi nəticəsində "Aş-Şabab" terror qruplaşmasının 6 yaraqlısı məhv edilib.
report