Venesuela prezidenti Kolumbiyanın dövlət başçısını şeytan adlandırıb
10 Yanvar 2019 12:30 DünyaVenesuela prezidenti Nikolas Maduro Kolumbiyanın dövlət başçısı İvan Dukeni "mələk üzlü şeytan" adlandırıb.
Bu barədə Maduro mətbuat konfransında bildirib.
"Bu şeytan mələk üzü ilə bütün Venesuelaya qarşı çıxır. ÇünkiKolumbiya oliqarxiyası Venesuela xalqına nifrət edir", - deyə Maduro bildirib.
Maduronun sözlərinə görə, qruplaşma üzvlərinin ötən ilin 4 avqustunda ona qarşı yönəldilmiş uğursuz sui-qəsdi Kolumbiya ərazisində hazırlanıb.
"Onlardan xahiş etdik ki, sui-qəsdçiləri həbs etsinlər. Cavab sükutdur. Onların (Kolumbiya hakimiyyətinin - red) etikası və əxlaqı yoxdur", - deyə Maduro qeyd edib.
Venesuela prezidenti Nikolas Maduro daha əvvəlölkə televiziyasının efirində bildirib ki, Milli Assambleyanın yeni başçısı Xuan Quaido ABŞ-ın agentidir.
"Report"