Almaniyada 3 hava limanının işçiləri tətilə başlayıb, 400-ə yaxın reys təxirə salınıb

Almaniyada 3 hava limanının mühafizə xidmətlərinin əməkdaşları əməkhaqqlarının azlığına etiraz olaraq tətilə başlayıblar.

Köln, Ştutqart və Düseldorf hava limanlarını qoruyan mühafizəçilər işə çıxmaqdan imtina ediblər.

Onlar maaşlarının artırılmasını tələb edirlər. Etiraz aksiyası nəticəsində təkcə Düsseldorf şəhərindəki hava limanında 350-370reys, tətil keçirməmələrinə baxmayaraq, Berlində də bir sıra reyslər təxirə salınıb.

Hazırda Almaniyanın hava limanlarında işləyən təhlükəsizlik xidməti əməkdaşları bir saata 15-17,05 avro əməkhaqqı alırlar. Etiraz aksiyasının təşkilatçısı "Verdi" Həmkarlar İttifaqı bu rəqəmin azı 20 avroyadək artırlmasını tələb edir.

Qeyd edək ki, Almaniyanın Berlin şəhərinin Tegel və Şenefeld hava limanları təhlükəsizlik xidmətinin əməkdaşları yanvarın 7-də səhər saatlarında etiraz tətili keçirmişdilər.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31