Gürcüstanda daha bir nəfər qripdən ölüb
10 Yanvar 2019 11:12 DünyaGürcüstan paytaxtı Tbilisidə 22 yaşlı gənc qadın qrip virusundan ölüb.
O, bir həftə öncə qripin törətdiyi ensefalit diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bir neçə gün ərzində qadın süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə müalicə olunub. Həkimlərin səylərinə baxmayaraq, gəncin həyatını xilas etmək olmayıb.
Qadının "donuz qripi"ndən ölməsi ehtimal olunur. Ölümün dəqiq səbəbi ekspertizadan sonra müəyyən olunacaq.
Dünyasını dəyişən qadının tibb fakultəsinin tələbəsi olduğu və virusa növbədə qaldığı xəstaxanada yoluxduğu bildirilib. Onun yaş yarımlıq övladı olduğu bildirilir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31