Almaniyada irqçi siyasətçiyə hücum olub
Almaniyada fəaliyyət göstərən və Bundestaqda 94 vəkillə təmsil edilən ultra sağçı və irqçi görüşləriylə bilinən AFD (Almaiya Alternativ Partiya) vəkili olan Frank Magnits üç nəfər maskalı naməlum şəxsin hücumuna məruz qalıb.
9 Yanvar 2019 17:22 DünyaAlmaniyada fəaliyyət göstərən və Bundestaqda 94 vəkillə təmsil edilən ultra sağçı və irqçi görüşləriylə bilinən AFD (Almaiya Alternativ Partiya) vəkili olan Frank Magnits üç nəfər maskalı naməlum şəxsin hücumuna məruz qalıb.
Magnits maskalı şəxslər tərfindən dəynəklərlə huşunu itirənə qədər döyülüb. Küçədə bir inşaat işcisi tərəfindən tapılan Frank Magnits təcili olaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır olaraq dəyərləndirirlər.
Qeyd edək ki, bu siyasətçi antitürk və antimüsəlman çıxışlarıyla tanınıb.
Ötən həftə isə ölkənin Şərqindəki Döblen şəhərində AFD (Almaiya Alternativ Partiya) ofisində partlayış baş verib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.