Ukrayna əleyhinə internetdə təbliğat aparan 49 nəfər məsuliyyətə cəlb edilib

2018-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Ukrayna əleyhinə internetdə təbliğat apardığı üçün 49 nəfəri məsuliyyətə cəlb edib.

Bu barədə UTX-nin rəsmi saytında məlumat yayılıb. Hesabat ilində bu fəaliyyətə görə 360 kiber hadisə aşkarlanaraq bloklanıb.

Məlumatda qeyd edilib ki, 49 sosial şəbəkə istifadəçisindən 29-u Ukraynaya qarşı təbliğata görə şübhəli elan edilib, 20 nəfəri barədə məhkəmə hökmü çıxarılıb.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31