Aİ, Ukrayna və Rusiya təbii qaz tədarükünə dair danışıqlar aparacaq

Bu ay Avropa İttifaqı (Aİ) - Ukrayna - Rusiya formatında təbii qaz tədarükünə dair danışıqlar davam etdiriləcək.

Bu barədə Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviç məlumat verib.

"Avropaya uzunmüddətli qaz tranzitinə dair Rusiya və Ukrayna ilə üçtərəfli siyasi danışıqların ikinci mərhələsinin yanvarın 21-də Brüsseldə (Belçika) keçiriləcəyinə şadam", - deyən Aİ rəsmisi qarşıdakı danışıqların tərəflər arasında bundan əvvəl müxtəlif səviyyələrdə keçirilən görüşlərin nəticələrinə əsaslanacağını bildirib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31