Peskov: "Kreml siyasətdə əlaltılardan istifadə etmir"
9 Yanvar 2019 17:55 DünyaKreml casusluqda şübhəli bilinərək Moskvada saxlanılan amerikalı Pol Uilanın Rusiyanın əlaltısı olması barədə İngiltərənin Xarici İşlər naziri Ceremi Hantın iddialarını rədd edib.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.
"Rusiya insanlardan diplomatik bir oyunda əsla əlaltı kimi istifadə etməz. Rusiyada casusluq etdiyi şübhəsi oyadan şəxslər haqqında əks-kəşfiyyat fəaliyyəti aparılır və bu proses mütəmadi olaraq davam edir", - Peskov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31