ABŞ İranın planını üzə çıxardı: “Simurq” raketi...

ABŞ ekspertləri İranın "Simurq" raket daşıyıcısı vasitəsilə kosmik aparat buraxmağa hazırlaşdığını açıqlayıblar.

Bu iddia ilə "Planet Labs" peyk operatoru çıxış edib.

Məlumata görə, İran raket daşıyıcısını "İmam Xomeyni" kosmik mərkəzindən buraxacaq. Peyk görüntülərinin 4,6,7 yanvar 2019-cu il tarixlərində çəkildiyi bildirilib.

Qeyd edək ki, 2009-2015-ci illərdə İran "Safir" raket daşıyıcısı vasitəsilə 4 peykini uğurla kosmosa buraxıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31