Milyonçunun xanımını qaçırdılar - 9 milyon istəyirlər

Norveçdə ölkənin ən zəngin insanlarından olan milyoner Tom Hagenin həyat yoldaşı oğurlanıb.

Milyonerin 68 yaşlı arvadı Anna Yelizabet Falkevik Hagen dekabrın 31-də yaşadığı evdən qaçırılıb. Cinayətkarlar qadını geri qaytarmaq üçün 9 milyon avro dəyərində kriptovalyuta tələb ediblər. 

Polis ailəyə tələbi yerinə yetirməməsini məsləhət görüb. 

Qadının axtarışına nəinki polis, həmçinin kriminal polis, Avropol və İnterpol da qoşulub.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31