Almaniyada tətil gözlənilir - Bu dəfə təhlükəsizlik əməkdaşları narazıdır
9 Yanvar 2019 15:38 DünyaAlmaniyada həmkarlar təşkilatı Ştutqart, Düsseldorf, Köln aeroportlarının təhlükəsizlik xidməti əməkdaşlarını birgünlük tətil etməyə çağırıb.
Tətil yanvarın 10-da planlaşdırılıb.
Ştutqart hava limanında təhlükəsizlik əməkdaşlarının tətilinin yerli vaxtla saat 08:00-da başlayacağı elan edilib.
Tətil çağırışına səbəb kimi təhlükəsizlik əməkdaşlarının əmək haqlarının artırılmaması göstərilir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31