Maynts “dizelsiz şəhər” statusu almağa yaxınlaşır

Almaniyada dizel mühərrikli köhnə avtomobillərin hərəkətinin qadağan ediləcəyi növbəti şəhər Maynts ola bilər. Şəhərin inzibati məhkəməsi ekoloq fəalların iddiası əsasında müvafiq verdikt çıxarıb.

Federal kansler dəftərxanasının rəhbəri Helge Braunun sözlərinə görə, hökumət "Ətraf mühitin müxtəlif zərərli təsirlərdən qorunması haqqında" və "Yol hərəkəti haqqında" qanunlara düzəlişlər etməyə hazırlaşır. Təklif olunan dəyişikliklərə əsasən, bu cür qadağa yalnız havada azot-dioksid maddəsinin orta illik konsentrasiyası hər kubmetr üçün 50 mikroqramdan çox olan şəhərlərdə tətbiq edilə bilər.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31