Rusiya hərbi polisi Suriyada patrul xidmətinə başlayıb
Rusiya hərbi polisi Suriyanın Türkiyə ilə sərhədinin yaxınlığında yerləşən Hələb əyalətinin Manbica rayonundakı ərazidə patrul xidmətinə başlayıb. Bu barədə jurnalistlərə polis nümayəndəsi Yusup Mamatov bildirib.
8 Yanvar 2019 18:05 DünyaRusiya hərbi polisi Suriyanın Türkiyə ilə sərhədinin yaxınlığında yerləşən Hələb əyalətinin Manbica rayonundakı ərazidə patrul xidmətinə başlayıb.
Bu barədə jurnalistlərə polis nümayəndəsi Yusup Mamatov bildirib.
Onun sözlərinə görə, bu, cavabdeh zonada təhlükəsizliyi təmin etmək, silahlı dəstələrin yerləşməsi və yerdəyişməsinə nəzarət etmək məqsədi daşıyır. Hərbi polislər ərazinin döyüşçülər tərəfindən işğalı dövründən qalan gizli silah anbarları və partlamayan mərmilər barədə yerli sakinlərdən məlumatları qəbul edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31