Rusiya Baltik dənizində üzən maye qaz terminalını işə salıb
8 Yanvar 2019 18:09 DünyaRusiya Baltik dənizinin Kalininqrad vilayəti sahilində yeni üzən maye qaz terminalını istismara verib.
Dəyəri 895 milyon ABŞ dollarına yaxın olan layihə Rusiya Prezidenti Vladimir Putintərəfindən anklav bölgəsinin alternativ olaraq dəniz yolu ilə maye qazla təchizatını təmin etmək məqsədi ilə verilən göstərişə əsasən həyata keçirilib.
Terminal işə salındığı vaxt Rusiyanın "Qazprom" dövlət şirkəti qonşu ölkələrin ərazisindən keçən Minsk - Vilnüs - Kaunas - Kalininqrad qaz kəməri ilə tranziti dayandırdıqlarını açıqlayıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31