Bu ölkədə qadınlar boşandıqlarını mesajla öyrənəcəklər
8 Yanvar 2019 18:25 DünyaSəudiyyə Ərəbistanda qadınların xeyrinə aparılan təşəbbüslər davam edir. Vəliəhd Məhəmməd Bin Salman tərəfindən başladılan islahatlara görə artıq ərləri tərəfindən boşanmış qadınlar bundan mesajla xəbər tutacaqlar.
Kişilərin tək tərəfli razılığı ilə evliliyin bitdiyi ölkədə yeni dəyişikliyə əsasən qadınlar artıq boşandıqlarını məhkəmədən çıxar-çıxmaz öyrənə bilərlər. Lakin daha əvvəllər qadınlara boşanmaları haqqında heç bir məlumat verilmir, onlar sonradan bundan xəbər tuturdular. Eyni zamanda yeni qaydalara görə qadınlar aliment hüquqlarını qoruya və köhnə ərlərinin bank hesablarından istifadəsinin qarşısını ala bilərlər.
Qeyd edək ki, ötən il Səudiyyə Ərəbistanda qadınlara sürücülük hüququ verilib. Bundan başqa, ölkədə artıq qadınlar futbola gedə və yalnız kişilərin işlədiyi bəzi işlərdə də çalışa bilərlər.
Azadinform