Məşhur qanuni oğru Mamuka Mikeladze Moskvada ölüb.
Rusiya mətbuatı Mikeladzenin yanvarın 3-də narkotikdən öldüyünü bildirib.
Əslən Tiflisdən olan qanuni oğru uzun illər Aslan Usoyanla (Ded Xasan) düşmənçilik edib. Mikeladze hətta keçən il Ded Xasanın qətlində şübhəli kimi istintaqa da cəlb edilib.
Mikeladzenin klanına hazırda Camal Mikeladze (Cemo) rəhbərlik edir.