Hatami: "Bunu etsəniz, çox peşman olacaqsınız"
8 Yanvar 2019 16:38 Dünyaİran müdafiə naziri Əmir Hatami Qərb dövlətlərinə müraciət edərək Tehranın səbrini sınamamağa çağırıb.
Hatami ABŞ və Qərb hegemonluğuna son qoyulduğunu, Qərbi Asiyada yeni qaydaların tətbiq edildiyini bildirib.
"Qərb dövlətlərinə müraciət edirəm: Tehranın səbrini sınamaq vaxtı deyil. Bunu etməyə çalışsanız, çox peşman olacaqsınız", - deyə o vurğulayıb.
İranlı nazir qeyd edib ki, ABŞ-ın Suriyadan getməsi Qərbin regional təhlükəsizliyin təminatına töhfə verməməsinin göstəricisidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31