Yeni Zelandiya üzərində sirli obyekt göründü
8 Yanvar 2019 16:35 DünyaYeni Zelandiya sakinləri müəmmalı obyektin uçduğunun şahidi olublar.
Bununla bağlı foto və videolar sosial şəbəkədə yerləşdirilib.
Alovlu kürə Koromandel yarımadası üzərində yanvarın 5-də, gecə saatlarında görünüb. Kadrlarda səmada yüksək sürətlə hərəkət edən obyekti görmək olar.
Bəzi istifadəçilər bunun meteorit və ya kosmik peykin bir hissəsi olması versiyasını da irəli sürüblər.
Oxu.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31