“Uber” sürücüsü altı nəfəri qətlə yetirib
8 Yanvar 2019 18:50 Dünya"Uber" sürücüsü Ceyson Dalton ABŞ-ın Miçiqan ştatında altı nəfəri öldürdüyünü etiraf edib.
Qatil bütün qurbanlarını bir gündə öldürüb və bunu sifarişlər arasındakı fasilələr zamanı edib.
Əvvəlcə o bir qızı parketmə yerində güllələyib. Daha sonra sifariş götürüb və sifarişi başa çatdırdıqdan sonra yeddi nəfərə atəş açıb ki, onlardan beşi aldıqları güllə yaralarından ölüblər.
Dalton bildirir ki, bütün bu baş verənlərdə günah "Uber" tətbiqində, əsasən, onun loqotipindədir. O iddia edir ki, bu "iblisin rəmzi"dir və onun ağlını başından alıb.
"Metro" qəzetinin verdiyi məlumata görə, amerikalının evində çoxlu sayda silah aşkar olunub. O, ömürlük həbs cəzası ilə üzləşə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31