Yapon milyarderin tviti tarixə düşdü

5 yanvarda "Zozo" adlı geyim riteylerinin təsisçisi Yusaku Maezava Tvitter hesabında maraqlı bir tvit paylaşıb.

O, həmin tviti paylaşacaq insanlardan 100 təsadüfi şəxs seçiləcəyini və 100 milyon yen (923 min dollar) dəyərində uduş keçirəcəyini bildirib.

Nəticədə onun tviti 3 gün ərzində 5,6 milyon dəfə paylaşılıb və Tvitter tarixində ən çox paylaşılmış tvit olub.

Məlumat üçün bildirək ki, yapon milyarder "SpaceX" şirkətinin 2023-cü ildə kosmosa göndərəcəyi ilk kosmik turist olacaq.

Technote

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31