Bolton Qalınla görüşünün detalı: Türkiyə 22 bazanı istəyir

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalınla ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında aparılan görüşün detalları bəlli olub.

Görüşdə Türkiyə tərəfi Vaşinqtondan Suriyadakı ABŞ bazalarının Ankaraya verilməsini və ya onun məhv edilməsini istəyib.

Qeyd edək ki, hazırda ABŞ-ın Suriyada 22 hərbi bazası var. Ankara bu bazaların kürd hərbi birləşmələrinə verilməsinin əleyhinə çıxır.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31