Əfqanıstanda partlayış - Dinc sakinlər həlak oldu

Əfqanıstanın cənub-şərqindəki Host əyalətində partlayış törədilib.

Hadisə nəticəsində azı 2 nəfər həlak olub.

23 nəfərin isə yaralandığı bildirilib. Qeyd olunur ki, partlayış kustar üsulla hazırlanmış qurğunun işə salınması ilə baş verib.

Zərərçəkənlərin hamısı dinc sakinlər olub. Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31