Rusiya anomal şaxtaya büründü

Anomal soyuq Rusiyanı ağuşuna alıb.Orta Volqa bölgəsində temperatur kəskin şəkildə aşağı düşüb. Belə ki, Samara, Ulyanovsk və Orenburqda havanən temperaturu normadan 10 dərəcədən aşağı düşüb və hazırda havanın temperaturu 20 dərəcə şaxta müşahidə olunur. Məlumata görə, havanın temperaturunun - 28 dərəcəyə qədər enəcəyi gözlənilir.

Hazırda dörd Volqa bölgəsində havada 21 dərəcə şaxta var. Çelyabinsk havanın temperaturunun - 30 dərəcəyə düşəcəyi gözlənilir.

Rusiyada anomal hava şəraiti yanvarın 12-dək davam edəcək.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31