Ermənilər rus bazasına qarşı aksiya elan etdi

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci bazasının qarşısında etiraz aksiyası keçiriləcək.

Bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın Avropa Partiyasının həmsədri Tiqran Xzmalyan paylaşıb. Onun sözlərinə görə, etiraz aksiyası 12 yanvarda baş tutacaq. Aksiyanın Avetisyanlar ailəsinin ölümünün 4-cü ili və Culyet Qukasyanın ölümünün 40-cı günüylə əlaqədar keçiriləcəyi vurğulanıb.

Qeyd edək ki, keçən ilin sonundan etibarən Ermənistanda rus bazasına qarşı aktiv etiraz aksiyaları təşkil edilməyə başlanıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31