ABŞ-la Taliban Dohada danışıqlara başlayır
8 Yanvar 2019 12:37 DünyaABŞ və Talibanın nümayəndələri sabah Qətərin paytaxtı Dohada görüşəcəklər.
Bu məlumatı "Röyter" agentliyi yayıb. Məlumata görə, görüş iki gün davam edəcək. Görüşdə ABŞ-dan başqa heç bir ölkənin iştirak etməyəcəyi açıqlanıb.
Agentliyin başqa bir mənbəsi isə görüşdə ABŞ ordusunun Əfqanıstandan çıxarılması, girovların mübadiləsi və Taliban liderlərinin hərəkətinə qoyulan qadağanın ləğv edilməsinin müzakirə ediləcəyi bildirilib.
Qeyd edək ki, bundan öncə tərəflər arasında görüş BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilib. Görüşdə ABŞ-la yanaşı Pakistan və Səudiyyə Ərəbistanı nümayəndələri də iştirak edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31