Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi ilə bağlı iş üzrə ilk dinləmələr başlayıb
8 Yanvar 2019 12:30 DünyaAnkarada Rusiyanın Türkiyədəki sabiq səfiriAndrey Karlovun öldürülməsi ilə bağlı iş üzrə ilk dinləmələr başlayıb.
Hakim bəzi şübhəlilərin ölkə xaricində olduğunu, ona görə də bu gün məhkəmə qarşısına çıxmayacaqlarını bildirib. Müttəhimlər kürsüsündə ümumilikdə 18 nəfər olub, onlardan 4-ü həbsxanada olduğundan məhkəməyə videoəlaqə ilə qoşulub.
Daha əvvəl Ankara prokurorluğu paytaxtın Ağır Cinayətlər üzrə İkinci Məhkəməsinə ittiham aktı göndərib.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edən zaman öldürülüb, hücumçu edən - polis məmuru Mevlut Mert Altıntaş da polis tərəfindən məhv edilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31