Fransada aqressiv nümayişçilərə qarşı qanun hazırlanır
8 Yanvar 2019 12:26 DünyaFransa hökuməti nümayişlər zamanıqanun pozuntusuna görə cəzaları sərtləşdirən yeni qanunhazırlayır.
Bunu bazar ertəsi ölkənin baş naziri Eduar Filipp TF1 telekanalının efirində deyib.
Filippin fikrincə, etirazçıların mülki, eləcə də, maddi məsuliyyətini artırmaq lazımdır, "talançıları deyil, vergi ödəyicilərini ödəniş etməyə" məcbur etmək lazımdır.
Baş nazir əlavə edib ki, aksiyalar başlayandan bu günə kimi artıq 5,5 min nümayiş iştirakçısı saxlanılıb və onlardan təqribən 1000 nəfərinə qarşı hökm oxunub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31