“Sərt Brexit”ə hazırlıq komitəsinə Baş nazir rəhbərlik edəcək
8 Yanvar 2019 12:20 DünyaBöyük Britaniyanın Avropa İttifaqı(Aİ) üzvlüyündən çıxması şərtlərinə dair ikitərəfli razılaşma əldə edilməsə, üzvlükdən çəkilməyə hazırlığa dair hökumətın yeni komitəsinə Baş nazir Tereza Mey rəhbərlik edəcək.
Bunu Baş nazirin nümayəndəsi bildirib.
"Niyyət Aİ-dən nizamlı çəkilmək planının həyata keçirilməsinə sistemli nəzarət etməkdən ibarətdir", - Baş nazir dəftərxanasının əməkdaşı deyib.
"Aİ-dən çıxmağa hazırlığı təmin etmək və ticarət aparmaq komitəsi" adı veriləcək yeni qurum hökumətin "sərt Brexit" ssenarisinə hazırlığı əlaqələndirməklə Avropa İttifaqı rəsmiləri və başqa üzv ölkələrin hökumətləri ilə lazımi işləri həyata keçirəcək.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31