Avstriyada güclü qar nəticəsində 3 turist ölüb, 4-ü itkin düşüb

Güclü qar səbəbindən böyük bir hissəsində xaos yaşanan Avstriyada 3 xizəkçi ölüb, 4 nəfər itkin düşüb.

Qar uçqunu nəticəsində ölənlərdən 2-si Almaniya, 1-i isə Sloveniyadandır. İtkin düşənlər də turistlərdir.

Ötən həftənin ortalarından Avstriyanın mərkəzi və şimal rayonlarına 1,5 metr hündürlüyündə qar yağıb. Turistlər də daxil olmaqla 2 min nəfərin ətrafla əlaqəsi kəsilib. Qarın hələ davam edəcəyi proqnozlaşdırılır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31