Qətərdə dəvələrin gözəllik müsabiqəsi
8 Yanvar 2019 12:08 DünyaQətərdə dəvələr arasında gözəllik müsabiqəsi keçirilib.
Müsabiqədə Qətərlə yanaşı, Küveyt, eləcə də gərgin münasibətlərə baxmayaraq Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən dəvələr iştirak edib.
Müsabiqədə qalib gələn dəvənin sahibinə 150 min dollara yaxın mükafat verilib.
Qeyd olunur ki, bəzi dəvə sahibləri dəvələrin burun və dodaqlarına botoks vurduğu üçün həmin heyvanlar müsabiqədən kənarlaşdırılıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31