Gürcüstan-Rusiya sərhədi yaxınlığında qar uçqunu altında qalan 12 nəfər xilas edilib
Gürcüstan-Rusiya sərhədində yenidən yük avtomobillərinin tıxacı yaranıb. Buna səbəb Transqafqaz avtomagistralındakı Rok tuneli yaxınlığında qar uçqununun baş verməsi olub. Rok tuneli yaxınlığında baş vermiş qar uçqunu nəticəsində 5 avtomobil tuneldə qalıb. Avtomobillərdə 12 nəfərin olduğu bildirilir.
7 Yanvar 2019 17:17 DünyaGürcüstan-Rusiya sərhədində yenidən yük avtomobillərinin tıxacı yaranıb. Buna səbəb Transqafqaz avtomagistralındakı Rok tuneli yaxınlığında qar uçqununun baş verməsi olub.
Rok tuneli yaxınlığında baş vermiş qar uçqunu nəticəsində 5 avtomobil tuneldə qalıb. Avtomobillərdə 12 nəfərin olduğu bildirilir.
Xilasedicilər artıq insanları xilas ediblər. Onlara ilkin tibbi yardım göstərilir.
Avtomobillər isə hələ də "qar əsirliyində" qalıblar.
Hərbi Gürcüstan yolunda qoşqulu və yarımqoşqulu yük avtomobillərinin hərəkəti dayandırılıb. Hazırda yolda, Rusiya-Gürcüstan sərhəd keçid məntəqəsində 100-ə yaxın yük avtomobili dayanıb.