“Sarı jiletlilər”in üzvü partiya yaratmaq qərarına gəlib

Fransada fəaliyyət göstərən "Sarı jiletlilər" hərəkatının təmsilçisi Jaklin Muro siyasi partiya yaratmaq qərarına gəlib.

Hazırda nizamnaməsi üzərində iş getdiyi yeni partiya vergi sistemində islahat aparılmasını, sosial siyasətin gücləndirilməsini tələb edəcək.

Yeni partiyanın liderinin olub-olmayacağı barədə danışan J.Muro bildirib ki, mən rütbə-filan istəmirəm: "Partiya yaratmağa çalışıram və bu da balaca məsələ deyil. Bundan sonra bütün partiyalardakı kimi, səsvermə keçiriləcək. Mən olacağam, yoxsa başqası, mühüm deyil. Əsas məsələ insanları zoraklılğa qarşı, bizim təsisatlara hörmət üçün birləşdirməkdir".

Xatırladaq ki, Fransada yanacağın bahalaşmasına qarşı "sarı jiletlilər"in kütləvi etiraz aksiyaları ötən il noyabrın 17-də başlayıb. Ayrı-ayrı hallarda etiraz nümayişləri iğtişaşlara çevrilmişdi.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31