Yuşşenko rus jurnalistləri pat vəziyyətinə saldı
7 Yanvar 2019 15:33 DünyaMoskva kilsəsi 400 ildir hər hansı qərar olmadan yaşayır.
Bunu İstanbulda Ukrayna Pravoslav Kilsəsinə tomosun verilməsi zamanı rusiyalı jurnalistlərin verdiyi provokativ xarakterli sualı cavablandırarkən Ukraynanın eks-prezidenti Viktor Yuşşenko deyib.
"Hələ tomos verilməyib. Tomossuz Ukrayna Pravoslav Kilsəsini necə tanıya bilərlər? O, Moskva kilsəsidir ki, 400 ildir tomos olmadan yaşayır", - deyə o bildirib.
Qeyd edək ki, məhz Yuşşenkonun dövründə ilk dəfə Kiyev Ukrayna kilsəsinin müstəqilliyinə dair addım atıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31