Klanların savaşı açıq müstəviyə çıxır: Qukasyan da qoşuldu

Mən Köçəryanın işinə heç bir hüquqi qiymət verə bilmərəm və vermək də istəmirəm.

Bunu "Nyus.am" saytına açıqlamasında Qarabağ separatçılarının eks-rəhbəri Arkadi Qukasyan deyib.

"İnsanın günahkar olub-olmamasını məhkəmə həll edir. Nifrət, düşmənçilik, dözümsüzlük ədalətlə bir araya sığmır. Mən ümid edirəm ki, məhkəmə Köçəryanla bağlı qətiimkan tədbirinə yenidən baxacaq və hüquqi nöqteyi nəzərdən qərəzsiz məhkəmə prosesi təmin ediləcək. Bu, ölkənin prestiji üçün də vacibdir.

Məni həmçinin Köçəryanın bütün həyat yolunu qaralamağa cəhd edən insanların vəziyyəti çox narahat edir. Qarabağ üçün ən ağır dövrdə ölkənin taleyinə görə məsuliyyəti üzərinə götürən adam həyasız hücumlara məruz qalır. Sevmək və ya nifrət etmək, tənqid etmək və ittiham etmək olar, amma açıq xidmətləri də inkar etmək olmaz", - deyə o bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31