Pozner: "Sovet nəsli ölməyənə qədər..."
7 Yanvar 2019 15:10 DünyaRusiya rəhbərliyində SSRİ dövründən qalan nəsil dəyişəndə ölkə inkişaf edəcək.
Bu sözləri məşhur rusiyalı jurnalist Vladimir Pozner paylaşıb.
"Məhz sovet mentaliteti bu şəxslərə müasir reallıq şəraitində idarəçiliyə maneə yaradır. Onlar sadəcə müasir idarəçiliyi necə həyata keçirəcəklərini bilmirlər. Rusiyanın bu gün əsas problemi budur. Nəsil dəyişikliyi baş verməyənə, hakimiyyətə SSRİ-ni görməyən, o illərdə yaşamayan şəxslər gəlməyənə qədər heç nə dəyişməyəcək. Ölkəni hazırda idarə edəcək belə lider yoxdur. Problem liderdən çox, ümumi baxışdadır. Ümid edirəm ki, ölkədə inqilab olmayacaq, çünki bu hər zaman qan deməkdir", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31