İran pul islahatlarına gedir - ABŞ sanksiyaları
7 Yanvar 2019 14:14 Dünyaİran hökuməti denominasiyaya hazırlaşır.
İran Mərkəzi Bankının sədri Abdunnasir Himməti rialda 4 sıfırın ləğvini nəzərdə tutan qanun layihəsini hökumətə təqdim edib.
Bank sədri bildirib ki, layihə İran bankları adından hazlırlanıb. Əgər ölkə parlamenti qanun layihəsini qəbul edərsə, milli valyutadan 4 sıfır yuvarlaqlaşdırılacaq və beləcə 10 min tümən 1 real olacaq.
Qeyd edək ki, ABŞ sanksiyaları səbəbindən son dövrlər İranda bir neçə dəfə devalvasiya baş verib. İran Mərkəzi Bankının sədrinin təqdim etdiyi layihə məhz bu səbəbdən ortaya çıxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31