İraqdan İsrailə nümayəndə heyəti gedib - Ərəb dünyasında zəlzələ

İraqdan İsrailə ayrılıqda üç heyət səfər edib.

Ərəb dünyasında zəlzələ kimi yayılan bu xəbər İsrail Xarici İşlər Nazirliyinin sosial şəbəkədəki media hesabında paylaşılıb.

Xəbərdə qeyd edilir ki, İraqdan İsrailə üç ayrı nümayəndə heyəti səfər edib. İraq heyəti sünni və şiə müsəlmanlarından ibarət olub.

Bu heyətlərin İraqda təsir roluna malik olduğu xüsusilə vurğulanıb.

İddiaya görə, İsrailə səfər edən heyət Qərbi Qüdsdə olan yəhudilərin Holokost Muzeyini ziyarət edib.

Sonra heyət İsrail rəsmiləri və elm adamları ilə görüşlər keçirib.

İsrail Xarici İşlər Nazirliyinin bu səpkili addımlara dəstək verdiyi vurğulanıb.

Qeyd edək ki, İsrail və İraq arasında diplomatik əlaqələr mövcud deyil.

Baş nazir Binyamin Netanyahu əvvəllər İraqın da İran və Suriya kimi İsrailin Yaxın Şərqdəki düşmənləri siyahısında olduğunu ifadə edib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31