Əfqanıstanda “Taliban” ilə toqquşmalarda 13 polis və hərbçi ölüb
7 Yanvar 2019 13:39 DünyaƏfqanıstanın şimal-qərbindəki Badğis vilayətində radikal "Taliban" hərəkatının silahlıları ilə toqquşmalarda azı 13 hərbçi və polis ölüb.
1TV telekanalının mənbələrə istinadən verdiyi məlumata görə, silahlılar polis və ordu postlarına hücum ediblər və nəticədə 10 polis və 3 hərbçi ölüb.
Telekanalın məlumatına görə, toqquşmalar zamanı həmçinin 15 silahlı məhv edilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31